Alçanı duza batırıb yeyənlərə XƏBƏRDARLIQ

Alçanı duza batırıb yeyənlərə   XƏBƏRDARLIQ

Qarpızdan üzümə, ərikdən şaftalıya, əncirdən armuda, böyürtkənə kimi... Yay meyvələrinin tərkibindəki fruktoza qan şəkərində yüksəlmə, tez-tez acmaq, qaz və qarın ağrısı, kökəlmə, insulin artımı və hətta piylənməyədək bir çox şikayətə, xəstəliyə yol aça bilər.
Qidalanma mütəxəssisləri qarpızı nümunə gətirərək bildiriblər ki, bu nəhəng giləmeyvənin yüzdə 95-i sudan ibarət olduğu üçün onu çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur, həm də kökəldir.
 
10 yay meyvəsinin faydalarını və onları yeyərkən diqqət etməli olduğunuz detalları təqdim edirik.
Gilasın qan sulandırıcı təsiri var: A, C, K vitaminləri, potasium, fosfor, kalsium mineralları ilə zəngin olan gilas köpü aradan qaldırmaqla yanaşı, bədəni zəhərli maddələrdən də təmizləyir, böyrək daşı və qum yaranmasının qarşısını alır, menopauza dövründə stressə yaxşı təsir edir.
Ancaq gilas qanı durulandırdığından qan sulandırıcı dərman istifadə edənlər diqqətli olmalıdır. 1 pors gilas 15 ədəddirsə, gün ərzində bu miqdarı keçmək olmaz.
Qarpız şəkər qaynağıdır. Yüzdə 95-i su olan qarpız antioksidan təsirlidir. Alzehmirdən (unutqanlıqdan) xərçəngə, infarktdan iflicə qədər bir çox xəstəliyə qarşı faydalıdır. Ancaq qlisemik təsiri yüksək olduğundan qan şəkərini anidən yüksəldə bilər və tez acdırar.
Gün ərzində 3 dilimdən çox yemək bədəndə şəkər yüklənməsinə səbəb olur və kökəldir. Şəkər xəstələri qarpızı pendirlə yeyə bilər.
Şaftalının qabığına diqqət edin. Yay aylarında tərlə atılan potasiumun qarşılanmasına yardımçı olmaqla yanaşı, sərinlədici təsiri də olan şaftalı antioksidan özəlliyə malikdir. Ancaq qabığı nazik olduğundan bakteriyaların meyvənin içərisinə yerləşmə riski böyük olduğu üçün dərmanlamağa məruz qala bilər. Sağlamlığa ciddi zərərləri olan həşərat dərmanları isə sinir sisteminə zərər verə, əlilliyə və xərçəngə səbəb ola bilər. Qabığını mütləq soyun, gündə bir ədəd yeyin.
Bir porsu yarım stəkanla eyni ölçülən böyürtkən güclü antioksidan təsirə malikdir. Xərçəng və şiş hüceyrələrinin yaranmasını əngəlləyir, hətta kiçildir. Araşdırmalardan da bəlli olub ki, böyürtkən tənəffüs yolu xəstəliklərinə də faydalıdır. Ancaq böyürtkənin tərkibində olan “salisilat” adlı kimyəvi maddə var. Odur ki, aspirinə qarşı allergiyası olanların böyürtkən yeməməsi məsləhət görülür. Yaxşı yuyulmadığında isə ishala səbəb olur.
Alçanı duza batıranlar, diqqət! Alçanın ürək və böyrək xəstəliklərindən qaraciyərədək bir çox faydası olsa da, tərkibindəki asitli toxuma həzm sistemi həssaslığı olanlar üçün zərərlidir. Diş çürükləri olan uşaqlar da diqqət etməlidir.
10 ədədi bir porsa bərabər olan alçanı çox yeməyin. Alçanı duza batıraraq yeməyi sevənlər də diqqət etməlidir. Duza batırılaraq yeyilən alça yüksək təzyiq riskini artırır.
Bir əncir bir pors meyvəyə bərabərdir. Dəmir, maqnezium, kalsium, fosfor və liflə zəngin olan əncir digər meyvələrdən fərqli olaraq, daha çox lif tərkiblidir. Qansızlığa və qəbizliyə qarşı yaxşı təsir edən, hüceyrələri yeniləyən, xərçəngə qarşı “savaşan” əncir, həm də qlisemik indeksi yüksək olan meyvələrdən biridir. 1 ədədi 48-50 kaloridir. Çəki problemi yaşamamaq üçün diqqətli yemək lazımdır.
Yemiş mədəsində xora olanlar üçün təhlükəlidir! Möhtəşəm qoxusu sakitləşdirici təsir edir, həm də hüzur verir. Yay aylarında tərləmə probleminə qarşı faydalıdır. Bədəni sərinlədən yemiş quru dəriləri də nəmləndirir.
Bununla yanaşı mədəsində xorası olanlar yemiş yeməklə faydasından çox zərərini görə bilər. Qlisemik indeksi yüksək olan yemişi şəkər xəstələri də yeyərkən diqqətli olmalıdır. Gündə bir nazik dilimdən artıq yemək olmaz.
Ərikdə şəkər təhlükəsi var! A, B, C, P vitaminləri və zəngin mineralları ilə immuniteti gücləndirir, qəbizlik, qansızlıq, miqrenə qarşı faydalıdır, bədəndən zərərli maddələri bayıra atmağa yardımçı olur. 3 ədəd ərik bir porsa bərabər sayılır. Çox yeyildiyində qan şəkərinin yüksəlməsinə və ishala səbəb ola bilər.
Şəkər xəstələri də əriyi diqqətli yeməlidir. Potasiumla zəngin olan ərik özəlliklə potasium dəyəri yüksək olan böyrək xəstələri tərəfindən yeyilməməlidir.
Armudda aşağı təzyiq təhlükəsi! Ürək xəstəliklərindən xərçəngə qədər bir çox xəstəlik üçün faydası olan armud yayın şəfalı meyvələrindən biridir. Ürək döyünməsi, həzm sistemi, hamiləlik bulantılarından qəbizliyə qədər bir çox faydası olan armud eyni zamanda zehni də dincəldir.
Ancaq təzyiqi aşağı salmaq kimi təsiri olduğundan, xüsusən, təzyiqi aşağı olanların armudu diqqətli yeməsi məsləhətdir. Gündə bir armud bəs edir. Çox yemək ishala səbəb olur.
Üzümün qlisemik indeksi yüksəkdir. Sağlamlığa çox faydası olan üzüm yaşlanmanın qarşısını alır və yorğunluğu yox edir. Üzüm çəyirdəyində olan “resveratrol” çox güclü antioksidan olduğundan ara-sıra çəyirdəyini dişlərinizlə əzərək yemənizdə fayda var. Bununla yanaşı, qlisemik indeksi yüksək olan meyvədir.
Fruktoza tərkibli olması unudulmamalıdır. Bir pors üzüm 15 ədəd iri üzüm giləsindən ibarətdir və gün boyu bu miqdarı ötmək olmaz. Qaraciyər yağlanması problemi olanlar, hamilələr, şəkər xəstələri üzümü diqqətli yeməlidir. (Lent.az)
Xəbər 989 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR