Aktyoru şikəst edən həkimə cinayət işi açıldı

Aktyoru şikəst edən həkimə cinayət işi açıldı

Dövlət Akademik Dram Teatırının aktyoru, 1948-ci il təvəllüdlü Əli Qayıb oğlu Nuruzadə yıxılaraq xəsarət alıb.
Hadisədən sonra o, Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzin həkimi, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədov ona tibbi yardım göstərib.
 
Həkimin yanlış müalicə aparması nəticəsində Əli Nuruzadə əmək qabiliyyətini 10 faiz itirib. Buna görə də Əli Nuruzadə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə ərizə ilə müraciət edib.
 
Faktla bağlı Cinayət Məcəlləsininm 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.\teleqraf.com
Xəbər 688 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR