"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Aktual.az xəbər verir ki, bu barədə report-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, oktyabr ayı üçün əmək haqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib:
"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".
Xəbər 2582 dəfə oxunub.