Xalq artisti, tanınmış rejissor Cənnət Səlimova teatrda açıq-saçıq səhnələrlə bağlı fikirlərini bölüşüb.
Aktual.az xəbər verir ki, yenicag.az-a açıqlama verən rejissor tamaşaçıya hörmətlə yanaşmağın vacib olduğunu bildirib:
"Tamaşaçıya hər zaman hörmətlə yanaşmaq lazımdır. Avropada normal qəbul edilən hansısa erotik səhnə Azərbaycan tamaşaçısı üçün təhqir kimi qəbul edilə bilər. Buna görə də tamaşaçı ilə hesablaşmaq lazımdır. Aktyoru, aktrisanı da pis vəziyyətdə qoymaq olmaz. Mən aktrisanı səhnədə soyundursam, onun sonrakı aqibəti necə olar bəs? Şəhərdə onu barmaqla göstərərlər. Buna görə də aktrisanı mentalitetdən qorumalıyam. Parisdə qoyulan tamaşa Azərbaycanda səhnələşdirilə bilməz. Olar e... Amma valideyn övladı ilə tamaşaya gəlib baxırsa, onu niyə təhqir etməliyəm?"