Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyevlə bağlı baş verənlər onun sənət həmkarlarını da üz-üzə qoyub.
Aktual.az ölkə.az-a istinadən bildirir ki, sənət adamları sosial şəbəkədə əməkdar artist haqda yazılanları birmənalı qarşılamayıblar. Xalq artisti Tariyel Qasımov Əliyevi ciddi adam kimi xarakterizə edib:
"Sərvər müəllimi nahaq qısqanırlar. Çox ciddi adamdır. Bunlar qurmadır. Bunu kimsə təşkil edib".
Dövlət Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva əməkdar artisti arvadbaz adlandırıb:
"Vayyy, Gültəkin yenə hirslənib. Bu Sərvər də az aşın duzu deyil. Hər şey bir yana, mənim bayatılar kitabımı gətirirb versin də. İki günlük istəmişdi, 20 il keçib. Qorxuram, arvadlar dalaşanda kitabımı cırarlar. Ay kişi, qaytar da. Başın arvadbazlıqdan açılsın, kitabımı ver".
Xatırladaq ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyevlə bəzi aktyor-aktrisaların münasibətləri daha da gərginləşib. İş o həddə çatıb ki, S.Əliyevin həyat yoldaşı son günlər bir neçə dəfə teatra gələrək kollektivin bəzi üzvləri ilə dalaşıb, onları təhqir edib:
"Sərvər Əliyevin həyat yoldaşı teatra gələrək, aktrisalardan biri ilə dalaşdı. Hər ikisi bir-birinə xoşagəlməz sözlər dedilər. Bildiyimizə görə, baş rejissorun həyat yoldaşı ərini aktrisalara qısqandığından belə edir və teatra tez-tez gəlir".