Tanınmış aktyor, vaxtilə müğənni Röya ilə çəkilən "İstanbul tətili" filminin baş qəhrəmanı İlyas Əhmədov seriallarda və filmlərdə açıq-saçıq səhnələrin vacib olduğunu bildirib.
Aktual.az xəbər verir ki, milli.az-a açıqlmasında deyib ki, əksər aktrisaların arzusudur ki, açıq-saçıq rollarda çəkilsinlər: “Sadəcə içlərində olan qorxu və mentalitet xofu onları bu cür rollardan ayrı salıb. Aktrisa yataq səhnəsində çəkilməlidir, öpüşməyi də bacarmalıdır. Tamaşaçını ehtiraslandıra bilsə, demək ki, onda bu rol yaxşı alınıb. Amma yenə də deyirəm, bunu bacaran aktrisa yetişməlidir. Hansı seriala baxırsan, yataq səhnəsi standart çəkilir. Aktrisa yatağa uzanır, işıqlar sönür. Aktrisa və rejissor bu cür səhnələrə yenilik qatmalıdırlar. Bizdə inanmıram, bu cür rolları oynayan cəsarətli aktrisa olsun. Amma sənətə gələndə hər şeyi gözə almaq lazımdır. O ki qaldı "İstanbul tətili" filminə, bu film sırf Röya üzərində çəkilirdi. Çünki kommersiya filmi idi və reytinqi də yüksək olmalı idi", - deyə aktyor bildirib.