Aktrisa Morin O'Xara vəfat edib

Aktrisa Morin O'Xara vəfat edib
  • DÜNYA

ABŞ-da məşhur irlandiyalı aktrisa Morin O'Xara 95 yaşında vəfat edib.

Aktual.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Aktrisanın menecerinin sözlərinə görə, o, Aydaho ştatındakı evində keçinib.

O'Xaraya “Notr-Damlı qozbel” (1939) və “Mənim vadim necə də yaşıl idi” (1941) filmləri məşhurluq gətirib. Aktrisa ümumilikdə karyerası ərzində 60-dan çox bədii filmdə rol alıb. Bundan əlavə O'Xara 2014-cü ildə kinematoqrafiya sahəsində göstərdiyi xidmətlərə görə "Oskar" mükafatına layiq görülüb.

Aktual.az

Xəbər 512 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR