Son hadisələrin qurbanlarının xatirəsini hörmətlə anıram və onların ailələrinə başsağlığı verirəm.
Aktual.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian yanvar etirazlarında öldürülənlərlə bağlı deyib.
İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf da oxşar bəyanat səsləndirib:
"İsrail və Amerika fitnəsi nəticəsində öldürülən və yaralananları xatırlayırıq. İran övladlarının şəhid olmasının 40-cı gününü yas tutur”.
Qeyd edək ki, İran rəsmi şəkildə öldürülənlərin sayının 3171 nəfər olduğunu bildirib.
Qeyri-rəsmi məlumatlarda isə ölü sayının 30 mindən çox olduğu iddia olunur.
Xəbər 57 dəfə oxunub.