Aksiya keçirən dindarlar bu gün məhkəməyə aparılacaq

Aksiya keçirən dindarlar bu gün məhkəməyə aparılacaq

Ötən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Sabunçu RPİ-dən məlumat verilib.
“Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq”, - idarədən bildirilib.
Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.

Xəbər 1519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR