“AKP” rəsmisi güllələnərək qətlə yetirildi

“AKP” rəsmisi güllələnərək qətlə yetirildi

Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yerli rəhbərinin müavini Orxan Mercan yaşadığı evin qarşısında güllələnib.

Aktual.az "APA”ya istinadən xəbər verir ki,xəstəxanaya çatdırılan O.Mercanın həyatını xilas etmək mümkün olmayıb.

Hücumun PKK tərəfindən törədildiyi ehtimal olunur. İnsidentin ardından hadisə yerinə çox sayda polis cəlb edilib. Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır. Məlumata görə, dörd uşaq atası O.Mercan partiyadakı vəzifəsindən ayrılması üçün uzun müddət PKK tərəfindən təhdid edilib.
 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR