AKP-nin koalisiya danışıqlarını aparacaq şəxslər bəlli oldu

AKP-nin koalisiya danışıqlarını aparacaq şəxslər bəlli oldu

Türkiyənin “Yeni Şəfəq” qəzetinin məlumatına görə, AKP parlament seçkisindən sonra siyasi fəaliyyətini davam etdirmək üçün yol xəritəsi müəyyən edib.

Avropa.info xəbər verir ki, hakim partiya hökumətin yaradılması məqsədilə müxtəlif koalisiya düsturları üzərində çalışır. Baş nazir Əhməd Davudoğlu hökuməti qurmaq üçün CHP və MHP ilə danışıqlar aparacaq bir komissiya yaradacaq. Bu məqsəd yerinə yetirmək üçün iki heyət təyin olunacaq.

AKP-dən partiyalar arası dialoqu aparacaq şəxslər bunlardır: Sədr müavinləri Mehmet Ali Şahin, Mustafa Şentop, Əmək və Sosial Təminat naziri Faruk Çelik, AKP Rəyasət heyətinin üzvü Salih Kapusuz və baş katib Haluk İpek. 

Partiyalarla təmasdan sonra heyətlərin siyasi qənaətləri baş nazir Davudoğluya təqdim olunacaq. Koalisiya qurmaq ehtimalında vəziyyətə uyğun protokol hazırlanacaq. Bunun üçün də iki fərqli protokol mətni hazırlanacaq.

Heyətlərarası təmasdan sonra Davudoğlu partiya liderləri ilə görüşəcək. Ardınca qiymətləndirmə iclası keçiriləcək. Bu iclasda hansı partiya ilə koalisiyaya gediləcəyi haqda qəti qərar veriləcək. Əgər bütün koalisiya imkanları iflasa uğrayacaqsa, təkrar seçki tək çıxış yolu olacaq.

MHP və CHP də koalisiya üçün danışıqlar aparacaq nümayəndələrini müəyyən ediblər. Təyin olunan heyətlərdə CHP-nin sədr müavinləru Gürsel Tekin və Sezgin Tanrıkulu, parlament fraksiyasının sədri Levent Gök; MHP-dən sədr müavinləri Tuğrul Türkeş, Zuhal Topçu, və Edip Semih Yalçın ilə millət vəkili Murat Başesgioğlu yer alacaqlar.

Aktual.az

Xəbər 649 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR