Akif Çovdarov Eldar Mahmudovu "baqaja qoyacaq" - SON DƏQİQƏ

Akif Çovdarov Eldar Mahmudovu

“Akif Çovdarov bu günə qədər öz nazirinə qarşı heç bir söz deməyib və o, ümumiyyətlə Eldar Mahmudovu heç bir əməldə ittiham edən deyil”.

Aktual.az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov vəkili Kamandar Nəsibov deyib. Vəkil həbsdə olan general Akif Çovdarovun məhkəmə dövründə sabiq MTN naziri Eldar Mahmudovla bağlı hansısa açıqlama verib-verməyəcəyi və ya sabiq naziri şahid qismində məhkəməyə dəvət edib-etməyəcəyi barədə suala cavab verib.

K.Nəsibov bildirib ki, A.Çovdarovun bu günə qədər də öz nazirinə hörməti böyükdür və bu hörmət həmişə qalacaq: “Akif Çovdarovun Eldar Mahmudovun əleyhinə deyəsi heç bir məsələ yoxdur. Akif Çovdarov deyir ki, əgər o, hansısa qanunsuzluq edibsə, bunun cavabını özü verəcək, yox, əgər onun boynuna hansısa cinayəti qoymaq istəyirlərsə, məhkəmədə buna da aydınlıq gətirəcək”.

Vəkil Akif Çovdarovun həbsindən sonra Eldar Mahmudovla hər hansı bir formada əlaqə yaradıb-yaratmadığı barədə isə bildirib ki, belə bir əlaqə olmayıb və buna ehtiyac da yaranmayıb.

Aktual.az

Xəbər 4906 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR