Ağırlıqqaldırma növündə yeni çəki dərəcələri təsdiqlənib

Ağırlıqqaldırma növündə yeni çəki dərəcələri təsdiqlənib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Konqresi İcraiyyə Komitəsinin bu növ üzrə yarışlar üçün yeni çəki dərəcələrinin müəyyənləşdirilməsinə dair qərarını təsdiqləyib.

Aktual.az-ın məlumatına görə, kişi və qadınların mübarizəsində çəki dərəcələrinin sayı 10-a çatdırılıb. Onlardan hərəyə 7-si olimpiya çəkiləri sayılacaq.
Qərara əsasən, kişilər 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilərdə yarışacaqlar.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə kişilər üçün 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar üçün isə 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilər müəyyənləşdirilib.
Qeyd edək ki, yeni çəki dərəcələri ilə ilk yarış 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.
 
Aktual.az
Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR