“Çağırış etməliyik ki, İran terroru dəstəkləməyə son qoysun” – Qüdrət Həsənquliyev

“Çağırış etməliyik ki, İran terroru dəstəkləməyə son qoysun” – Qüdrət Həsənquliyev

"Sovet ittifaqı dövründə, Brejnevin birinci katib olduğu zaman belə bir lətifə var idi. Hamı deyirdi ki, bəs Brejnev deyir ki, "Mumu”nu Turgenev yazır, amma heykəli Puşkinə qoyurlar. İndi cari məsələlərdə bir istisna olmaqla, hamı əsasən İranın Azərbaycanda bir millət vəkilinə münasibətdə törətdiyi terror aktından, İranın Azərbaycana yönəlik düşmənçilik siyasətindən danışdı”.

Aktual.az xəbər verir ki, fikirləri Milli Məclisin plenar iclasında çıxşı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

Millət vəkili bildirib ki, amma, biz, əvvəllər də Fransanın fəaliyyəti ilə bağlı bəyanatlar qəbul etmişik: "Bu gün də qəbul olunacaq bəyanatı dəstəkləyəcəyəm. Amma mən ona görə söz aldım ki, bu bəyanatda İranın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti pislənilsin və çağırış edilsin ki, yaxın qonşuluq siyasətinə əməl eləsin və terroru dəstəkləməyə son qoysun”.



Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR