Bu gün “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailədaxili münaqişələr” mövzusunda növbəti təlimini keçirib.
Təlim “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi konfrans zalında təşkil edilib.
Təlim “Ailə, sosial problem və çıxış yolları”, “Ailəyə kənar müdaxilələr”, “Ailə büdcəsinin idarə olunması” və “Ailədə gender balansının pozulması”alt mövzuları əsasında keçirilib.
İlk əvvəl “Gender Bərabərliyi” İctimai Birliyinin sədri Şəkərxanım Əliyeva təlim iştirakçılarına layihə haqqında məlumat verib.
“Ailə, sosial problem və çıxış yolları” mövzusunda çıxış edən ekspert Gülər Adıgözəlzadə ailədaxili münaqişələrdə sosial məsələlərin təsirindən və qarşıya çıxan ailədaxili sosial problemlərdən çıxış yollarından danışıb.
Daha sonra Hüquqşünas Nərminə Qəribova “Ailə büdcəsinin idarə olunması” mövzusunda çıxış edərək, təlim iştirakçılarının suallarını cavablandırıb.
Sonda İctimai Birliyin sədri Şəkərxanım Əliyeva “Ailədə gender balansının qorunması” mövzusunda ətraflı məlumat verib.
Sonra təlim qarşılıqlı diskussiya şəklində davam edib.