“Ailə məktəbi” kursu təlimlərə başladı - Fotolar

“Ailə məktəbi” kursu təlimlərə başladı   - Fotolar

“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Ailə nədir?” mövzusunda ilk təlimini həyata keçirib.


Aktual.az  xəbər verir ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçiirlən tədbirin əsas məqsədi, gənclərin ailə qurmaq haqqında təsəvvürlərinin genişləndirilməsi, ailə qurarkən əsas meyarlara diqqət yetirilməsi, sağlam ailələrin qurulmasına çalışmaq və kor-koranə ailə qurmağın fəsadları haqqında gəncləri məlumatlandırmaqdan ibarət olub. 

“Gender Bərabərliyi” ictimai Birliyini sədri Şəkərxanım Əliyeva layihənin donoru, məqsədi və ümumilikdə layihə haqqında qısaca məlumat verib. Təlimçilərlə auditoriyanı tanış edib.

Təlimlər “Ailəyə hüquqi baxış”, “Ailə qurularkən əsas meyarlar”, “Ailə qurmaq istəyən tərəflərin bir-birinə uyğunluğu” alt mövzuları əsasında keçirilib.

Mövzu ətrafında ilkin məlumat verildikdən sonra Psixoloq Mehriban Qafarova “Ailə qurmaq istəyən tərəflərin bir-birinə uyğunluğu” mövzusunda çıxış edib. Gəncləri maraqlandıran sualları cavablandırıb.

Hüquqşünas Nərminə Qəribova “Ailəyə hüquqi baxış” və ekspert Gülər Adıgözəlzadə “Ailə qurularkən əsas meyarlar” mövsusunda təlim aparıb. Təlim qarşılıqlı diskussiya şəklində aparılıb. Tədbir iştirakçılarına broşürlər paylanıb.



Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd insanların ailə qurduqda onun görünən tərəfindən başqa görünməyən tərəfləri haqqında da ətraflı düşünmələrini təmin etməkdir.

Belə ki, hər bir gənc ailə həyatı qurmazdan öncə mühüm bir məsələyə diqqətli olmalıdır. Bu nöqtə bütün həyat boyu diqqət mərkəzində saxlanmalıdır: Ailə təşkil etmək qərarına gəlmiş qadın və kişi üçün həyat yoldaşı vəzifələrini yerinə yetirmək, qarşı tərəfin razılığını qazanmaq, bir sözlə, ailə ocağına rövnəq vermək ən mühüm işlərdəndir. İnsanın fərdi və ictimai həyatında ailə qurumunun xüsusi əhəmiyyət daşıması uyğun işləri zəruriləşdirir. Qadın və kişi diqqətli olmalıdırlar ki, evlilikdən sonra bütün mərhələlərdə özlərini ailə adlandırılan qurumun bir hissəsi saysınlar.

Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR