Aİ xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəldilər

Aİ xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəldilər

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər.
 
Aktual.az xəbər verir ki, bu barədə bazar ertəsi DPA agentliyi Brüsseldəki adı açıqlanmayan bir neçə diplomata istinadən xəbər yayıb.
 
Məlumatda bildirilib ki, məhdudlaşdırıcı tədbirlər İranda insan hüquqlarının vəziyyətinə cavabdeh olan şəxslər və təşkilatlara aiddir. Agentlik qeyd edib ki, qərar yekdilliklə qəbul edilib.
 
Bundan əvvəl Aİ İranın əxlaq polisləri də daxil olmaqla 11 fiziki şəxsinə və 4 qurumuna qarşı sanksiyalar tətbiq edib.

Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR