"Aİ və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır"

  • DÜNYA

2016-cı ildə Avropa İttifaqı (Aİ) və Türkiyə arasında viza rejiminin ləğvi ehtimalı azdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu  Şimali Kiprin sabiq Baş naziri Hakkı Atun deyib.

Onun sözlərinə görə, Aİ Türkiyədən viza rejiminin ləğvi üçün 72 bəndi yerinə yetirməyi tələb edir: "Bu da ondan xəbər verir ki, Aİ Ankaraya qarşı qeyri-səmimi siyasət yürüdür".

H.Atun əlavə edib ki, Aİ-nin Türkiyəni qəbul etməkdən imtinasının əsas səbəbi Şimali Kipr məsələsidir: "Bu məsələ Aİ və Türkiyə nümayəndələrinin, demək olar, bütün görüşlərində müzakirə olunur".

Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR