Avropa İttifaqı (Aİ) ölkələrinin daimi nümayəndələri Rusiyanın aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 35 milyard avro (təxminən 40 milyard dollar) ayrılması barədə razılığa gələ bilərlər.
Aktual.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazır.
Bundan sonra qərar Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Noyabrda rəsmi olaraq təsdiqlənə bilər.
Eyni zamanda, nəşrin yazdığına görə, Macarıstanın Rusiyaya qarşı sanksiyaların müddətini altı aydan üç ilə qədər uzatmağa razı olub-olmadığı hələ məlum deyil.
Xəbər 129 dəfə oxunub.