Aİ Ukraynaya 1,8 milyard avro ayıracaq “Şərq Tərəfdaşlığı” sammitində

Aİ Ukraynaya 1,8 milyard avro ayıracaq  “Şərq Tərəfdaşlığı” sammitində

Mayın 21-22-də Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində Avropa İttifaqı (Aİ) tərəfindən rəsmi Kiyevə 1,8 milyard avro məbləğində maliyyə yardımı ayrılmasına dair müqavilə imzalanacaq. 

APA-nın Latviyanın “Leta” agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq sənədin imzalanması mayın 22-ə planlaşdırılıb. 

Qeyd olunur ki, müqaviləni Avropa Komissiyasının sədr müavini, Latviyanın sabiq baş naziri Valdis Dombrovskis, Ukraynanın maliyyə naziri Natalya Yaresko və Ukrayna Milli Bankının sədri Valeriya Qontareva imzalayacaqlar.

Aktual.az

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR