Aİ təmas xəttində gərginliyin artmasından narahatdır -Xüsusi nümayəndə

Aİ təmas xəttində gərginliyin artmasından narahatdır  -Xüsusi nümayəndə

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahatdır.

Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.

Onun sözlərinə görə, ötən il hərbi insidentlər və insan ölümlərinin artımı qeydə alınmışdı: "Bunun cari ildə də davam etməsi faciəvi haldır. Aİ ümid edir ki, tərəflər maksimim təmkinli olacaqlar və atəşkəs rejiminə hörmət edəcəklər".

H.Salber qeyd edib ki, Azərbaycan rəhbərliyi ilə görüşdə tərəflər münaqişəyə aid bütün məsələləri, eləcə də Aİ və Azərbaycan arasında münasibətləri müzakirə ediblər.

Münaqişənin nizamlanması perspektivlərini şərh edən xüsusi nümayəndə əlavə edib ki, bu məsələdə nikbin olmaq lazımdır: "Münaqişə tərəfləri arasında humanitar əlaqələri möhkəmləndirmək də vacibdir. Mən bu barədə Aİ-də təcrübəmə əsaslanaraq danışıram. Fikrimizcə, razılığa gəlməyin mümkün olduğu insanlar hər yerdə var, lakin əlbəttə ki, bu, rəsmi danışıqları əvəz edə bilməz. Bu məsələ ilə bağlı illüziyalar qurmuruq, lakin bu istiqamətdə çalışmalıyıq".\trend

Aktual.az

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR