Sənəd müzakirəsiz təsdiq edilib.
Avropa İttifaqı Rusiya və Ukraynanın fiziki və hüquqi şəxslərinə dair sanksiyaların müddətini sentyabrın 15-dək uzadıb.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Sənəd Aİ-yə üzv ölkələrin DİN rəhbərlərinin iclasında müzakirəsiz təsdiq edilib. Bu tədbirlər Brüsselin Ukraynanın ərazi bütövlüyünü pozulmasında günahlandırdığı şəxslərə aiddir.
Qərar Aİ-nin rəsmi jurnalında martın 12-də dərc ediləcək.
Daha öncə Aİ-dəki mənbə siyahıda 146 fiziki və 37 hüquqi şəxsin olacağı barədə məlumat yaymışdı. Bu siyahıdan üç nəfər vəfat etdiyi üçün çıxarılıb.