Azərbaycan hökuməti parlament seçkiləri ilə bağlı bəyanatların Avropa İttifaqının müvafiq strukturlarında əvvəlcədən hazırlandığı barədə məlumat əldə edib.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovöz “Twitter” səhifəsində yazıb.
“Yaxın və dost dairələrdən bizə məlum olub ki, Azərbaycanda noyabrın 1-də keçiriləcək seçkilərlə bağlı Avropa İttifaqının müvafiq strukturlarında bəyanatların mətni artıq hazırdır. Bircə kiçik əlavə edib tarixi qoymaq qalıb”, - deyə o qeyd edib.