Avropa İttifaqının daimi üzvü olan ölkələr Rusiya vətəndaşlarına qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul ediblər.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, individual sanksiyaların müddətinin Avropa İttifaqının Ukrayna ərazi bütövlüyünün pozulmasına görə məsuliyyətli hesab etdiyi Rusiya və Ukrayna vətəndaşlarına qarşı uzadılması nəzərdə tutulur. Avropa İttifaqından verilən məlumata görə, sanksiyalar 2016-cı il sentyabrın 15-nə kimi uzadılacaq.
Müvafiq qərar formal olaraq Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir. Qərar Aİ-na üzv ölkələri daxili işlər nazirləri və ədliyyə nazirləri tərəfindən martın 10-da təsdiqlənəcək.
Qeyd edək ki, bir müddət öncə sanksiyaların martın 10-da uzadılacağı barədə məlumat yayılmışdı.