Avropa İttifaqı (Aİ) Azərbaycanın aqrar sektoruna dəstəyini davam etdirəcək.
Aktual.az APA-ya istinadən bildirir ki, o, əlavə edib: "Avropa İttifaqının bazarı çox böyükdür. Bu bazarın əhatə etdiyi ərazidə 500 milyondan çox əhali yaşayır. Azərbaycan məhsullarını da həmin bazarda görmək bizi sevindirəcək".
Malena Mardın sözlərinə görə, ərzaq təhlükəsizliyi sahəsində Aİ Azərbaycanla işləyir: "Avropada ərzaq təhlükəsizliyi çox ciddi məsələdir. Azərbaycanda baş verən yenilikləri görərək düşünürük ki, Azərbaycan məhsulları tələblərimizi qarşılaya biləcək".