Avropa İttifaqı Belarusa qarşı sanksiyaları genişləndirib və yeni sanksiya kriteriyalarına Aİ ölkələrində demokratiya, qanunun aliliyi və təhlükəsizliyi pozmaq maddələri də əlavə edilib.
"Yeni kriteira Aİ-yə xarici manipulyasiya və müdaxiləni planlaşdıran, asanlaşdıran, dəstəkləyənlərə qarşı məhdudiyyətlər qoymaq imkanı verir. Aİ həm də üzv dövlətlərin ərazisinə icazəsiz keçidləri də hədəfə ala biləcək”, - Avropa İttifaqı Şurası bildirib.
Qeyd edək ki, son vaxtlar Belarus ərazisindən Litvanın hava sahəsinə qaçaqmalçılıq üçün istifadə olunan hava şarları daxil olur.
Litva rəsmi olaraq bu məsələdə Belarusu ittiham etsə də, Minsk mövzu ilə bağlı hər hansı bir məsuliyyəti inkar edir.(apa)
Xəbər 61 dəfə oxunub.