Azərbaycan Avropa İttifaqı (Aİ) ilə gələcək əməkdaşlığın formatını müəyyənləşdirəcək strateji modernləşdirmə tərəfdaşlığına dair yeni saziş üzrə danışıqların aparılması üşün Aİ Şurasının mandatını almağı gözləyir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti hələ bu ilin mayında "Şərq tərəfdaşlığı"nın Riqa sammiti çərçivəsində saziş layihəsini Aİ-yə təqdim edib:
"Hazırda biz danışıqlar prosesinə başlamaq üçün Aİ-nin ali siyasi orqanından mandatın alınmasını gözləyirik".
M. Məmmədquliyev qeyd edib ki, Aİ enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə, nəqliyyat və terrorçuluqla mübarizə sahələrində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.