Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 20 oktyabr 2015-ci il tarixində İngiltərənin “Peace One Day” Təşkilatının rəhbəri Jeremy Gilley ilə gənclərin görüşünü keçirdi.
Görüş Skype vasitəsi ilə canlı yayımlanırdı.
Görüşdə gənclərlə yanaşı Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının polşa, rus, tatar, türk, kazak nümayəndələri, media nümayəndələri, AGAT-ın sülh səfiri Avroviziya müsabiqəsinin qalibi Eldar Qasımov da iştirak etmişdir.
Canlı bağlantıda ilk sözü AGAT-ın sədri Nərgiz Xələf açaraq Jeremini salamladı və 2 illik əməkdaşlıq ərzində görülən işlərin video təqdimatını etdi. Sonra çıxış üçün söz Eldar Qasımova verildi və o da öz növbəsində Jeremini salamladı və gələcək əməkdaşlıq üçün onu Bakıya dəvət etdi.
Sülh gününün yaradıcısı Jeremy Gilley əməkdaşlıq çərçivəsində görülən işlərdən məmnun olduğunu bildirdi və ümumiyyətlə AGAT və Azərbaycan Gəncləri ilə əməkdaşlığın “Peace One Day” Təşkilatı üçün çox əhəmiyyətli olduğunu vurğuladı. O qeyd etdi ki, sülh hər birimizdən başlayır və ən birinci biz öz ailəmizi, ətrafımızı buna hazır .etməli və bir gün bütün dünyada sülhün bərqərar olmasına inandırmalıyıq. Birlikdə çalışaraq biz sülhə nail olacağıq. Daha sonra gənclər öz suallarını Jeremiyə ünvanladılar və o tək-tək bütün verilən sualları ətraflı cavablandırdı.
Sonda o Azərbaycana səfər edəcəyini və bu barədə planlarının olduğunu vurğuladı.