Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın Afşin bələdiyyə başqanı Mehmet Fatih Güvenle görüşündə millət vəkili bələdiyyə başqanına bir neçə ay bundan əvvəl bununla bağlı təklifimizi dəstəkləyərək Qarabağ adının mərkəzdə yerləşən parka verdiyiniz üçün sizə və bələdiyyə üzvlərinə təşəkkürümüzü bildirik deyib. Millət vəkili Afşində Qarabağ adlı bir parkın olmasının önəmindən danışıb. Millət vəkili Q.Paşayeva Türkiyənin müxtəlif bölgələrində Qarabağ adını daşıyan park və abidələrin artmasının dosta da, düşmənə də bir mesaj olmaqla bərabər gənc nəsillərin ortaq tarix və həqiqətlərimizi dərindən bilməsi üçün də önəmli olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva bu addımın digər bir çox bələdiyyələr üçün də gözəl örnək olacağına inandığını deyib. Qarabağ problemi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də danışan millət vəkili bildirib ki, “inanıram ki, biz birlik və bərabərlik içində torpaqlarımızı Ermənistanın işğalından tezliklə azad edəcəyik və Dağlıq Qarabağda və bütün işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da tədbirlər, görüşlər keçirəcəyik. İnşallah bir gün işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda da Afşin adına bir parkın açılışında iştirak etməyi Allah bizə nəsib etsin” deyib. Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Qarabağ problemi bizim də, Türkiyənin də problemidir və Afşində Qarabağ adını daşıyacaq parkı yüksək səviyyədə düzəltmək də bizim borcumuzdur deyib. O,inşallah yaxın zamanlarda işğal bitər, azərbaycanlı məcburi köçkün qardaşlarımız evlərinə dönər və orada da birlikdə tədbirlərdə iştirak edərik deyib və bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olacağını bildirib. Azərbaycan ilə Türkiyə arasında,ölkələrimizin rəhbərləri arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək,qədim Afşinin də artıq Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirdi. Azərbaycanı çox sevdiyini deyən Afşin bələdiyyə başqanı Mehmet Fatih Güven Türkiyə ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib. O, Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki qardaş ölkənin şəhərləri, bölgələri arasında əlaqələrin daha da genişləndirilməsinin önəmli olduğunu deyib və Afşin ilə Azərbaycan bögələrindən birini qardaşlaşdırmaq niyyətində olduqlarını xüsusi vurğulayıb və Qənirə Paşayevaya bu istiqamətdə dəstəyinə görə təşəkkürünü bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Afşin bələdiyyyə başkanına həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, matreialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu hədiyyə edib.