Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 13-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Rəvan” – “Zirə” matçında ev sahibi komandanın 5, qonaqların isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunub.
“İnter” – AZAL matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimələnib. Həmin oyunun 29-cu dəqiqəsində AZAL-ın futbolçusu Məhəmməd Quliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.