AFFA-nın şübhəli oyunlarla bağlı anonim e-mailinə bir neçə məktub daxil olub.
Bu barədə "Report”un sorğusuna cavab olaraq milli assosiasiyanın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, il ərzində şübhəli matçlarla bağlı AFFA-ya az sayda məktub daxil olub və hamısı araşdırılıb: "Lakin onların sayı, hansı subyektlərlə bağlı olduğu və məlumatın təsdiqini tapıb-tapmaması məxfi olduğu üçün açıqlaya bilmərik. Ümumilikdə, şübhəli oyunların sayı azalıb”.
Qeyd edək ki, danışılmış oyunlarla bağlı anonim e-mail bu ilin martında AFFA-nın XXV Hesabat Konfransında istifadəyə verilib.
Aktual.az
Xəbər 449 dəfə oxunub.