AFFA-ya 1 milyon avro ayrılır

AFFA-ya 1 milyon avro ayrılır
  • İDMAN

Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatının maliyyə tərəfləri açıqlanıb.


Aktual.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandalar, hakimlər, UEFA nümayəndələri və digər rəsmi şəxslərin Bakıda müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri UEFA tərəfindən ödəniləcək.

Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.

Qeyd edək ki, 16 ölkənin qatılacağı Avropa çempionatı mayın 21-dək davam edəcək. İştirakçılardan biri təşkilatçı Azərbaycan yığması olacaq.

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR