AFFA "Qəbələ" və "Neftçi"ni cərimələdi

AFFA

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Qurumdan Modern.az saytına verilən məlumata görə, iclasda  "Qəbələ" və "Neftçi" klubları cərimələnib. 
 
Belə ki, "Qəbələ” – "Neftçi” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
Oyunun 83-cü dəqiqəsində "Qəbələ” müdafiəçisi Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 200 manat məbləğində cərimələnib.
Xəbər 538 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR