Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hesabat-seçki konfransında qurumun prezidenti seçilib.
Aktual.az Report-a istinadən bildirir ki, açıq səsvermə yolu ilə hazırkı prezident Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək.
R.Abdullayev prezident postuna yeganə namizəd olub.
Yeni seçilmiş Federasiya prezidenti ona etimad göstərənlərə minnətdarlığını bildirib: "Çalışacağam ki, bu etimadı doğruldum. Azərbaycanlı futbolsevərlərin istədiyi şəkildə futbolu inkişaf etdirməyə çalışacağıq. Əsas məqsədimiz AVRO-2020-də Azərbaycan millisinin iştirakını təmin etməkdir".
Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində calışır. Hər dörd ildən bir AFFA prezidentliyinə seçkilər keçirilir.