Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda I divizionun X turunun görüşlərində baş verənlər müzakirə olunub. Klublar ümumilikdə 460 manat cərimə edilib.
"Şahdağ" - "Ağsu" matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 80 manat cərimə olunub. Görüşün 85-ci dəqiqəsində meydandan qovulan "Şahdağ"ın futbolçusu İqrar Səmədov 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb.
"Turan Tovuz" - "Şərurspor" matçının 44-cü dəqiqəsində qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyan Qadir Həşimli 1 oyun cəzalanıb və 20 cərimələnib. "Mil-Muğan" - MOİK qarşılaşmasında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 80 manat cərimələnib.
Aktual.az
Xəbər 637 dəfə oxunub.