AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ
  • İDMAN

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının ilk turunda baş verən hadisələr müzakirə olunub.

Aktual.az quruma istinadən xəbər verir ki, bəzi klublar cərimə olunub, "Keşlə"nin müdafiəçisi Emin Mehtiyey, "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov cəzalandırılıb.


Premyer Liqanın I turunun "Keşlə” – "Qarabağ” matçının 74-cü dəqiqəsində "Keşlə”nin futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Qarabağ” klubunun bəzi rəsmilərinin "A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunub.

Premyer Liqanın I turunun "Qəbələ” – "Sumqayıt” matçında "Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində "Qəbələ”nin futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra "Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub.

Oyun  "Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın I turunun "Neftçi” – "Sabah” matçında  "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. 
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR