Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.
Aktual.az Trend-ə istinadla xəbər verir ki, T.Həsənov U-19-un, M.İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.
Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.
U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.
Aktual.az
Xəbər 503 dəfə oxunub.