“AFEN Plaza”nın sahibi partlayışın səbəbini açıqladı

“AFEN Plaza”nın sahibi partlayışın səbəbini açıqladı

"AFEN Plaza”da partlayış ərazidəki qaz sızması nəticəsində baş verib.
Aktual.az Teleqraf-a istinadla xəbər verir ki, bunu binanın sahibi Əbülfəz Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, təmir gedən ərazidə, torpağın altında qaz sızması baş verib, binada qaz sızması olmayıb.
"Hazırda burada olmaq belə təhlükəlidir. Bizim binada qaz olmayıb. Binanın arxasında çardaqdadır. Havalar xoş keçdiyindən qaz qoşulmayıb. Zirzəmiyə qaz toplanıb. Səhər gəlib işığı yandıran kimi partlayış baş verib. Binaya dəyən zərər isə göz önündədir, dövlət orqanları müəyyənləşdirəcəklər.”, - o əlavə edib.
Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR