Hava şəraiti ilə bağlı yollarda sürət həddi aşağı endirilib.
Bu barədə "APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
"Hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 kilometr saat həcmində aşağı endirilib”, - deyə məlumatda bildirilir.
Aktual.az
Xəbər 544 dəfə oxunub.