"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin 9 ayı ərzində 296 blok-qatar, o cümlədən 113 tranzit qatar qəbul edib.
ADY-dən
Aktual.az-a verilən məlumata görə, qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.
Məlumata görə, hesabat dövrdə ümumilikdə blok-qatarlarla 103 134 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (86 413) təxminən 20 faiz çoxdur.
Xəbər 52 dəfə oxunub.