Azərbaycan Dəmir Yolları 30 milyon dollarlıq istiqraz buraxır.
Aktual.az xəbər verir ki, ADY hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxır.
Qeyd edilib ki, emissiya çərçivəsində cəlb olunacaq vəsaitlər "Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət tərkibi parkının yenilənməsi üzrə prioritet investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu vəsaitlər hesabına 7 ədəd magistral lokomotivin satın alınması nəzərdə tutulur. Layihənin dəyəri 25,935 milyon ABŞ dolları təşkil edir, əlavə olaraq 20% ƏDV və gömrük rüsumları üzrə 5,187 milyon ABŞ dolları məbləğində xərclər də bu çərçivədə maliyyələşdiriləcək.
Həyata keçiriləcək bu investisiya tədbirləri yükdaşınma potensialının artırılması, əməliyyat effektivliyinin yüksəldilməsi və logistika xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.
Xəbər 55 dəfə oxunub.