Adını icra başçısı qoyub, maşınında qadınlar rəqs edir

Adını icra başçısı qoyub, maşınında qadınlar rəqs edir

Bir neçə gün əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin saatda 180-lə hərəkət etdiyini əks etdirən video yayımlandı.

Bu məsələ geniş əks- səda doğursa da Dövlət Yol Polisi İdarəsi bu məsələnin üstündən sükutla keçdi. Avtosfer.az-ın məlumatına görə, Niyazi Bayramovun xidməti avtomobili bu dəfə reportyor.org-un kamerasına tuş gəlib.

Budəfəki kadrlar Bakıda- Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən yolda çəkilib. Sayt bildirir ki, Mingəçevir şəhər icra başçısının xidməti avtomobilində, salonda qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları... Məgər AA seriyalı xidməti avtomobili belə idarə edərlər?

Reportyor.org başçısının xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsini növbəti yazıda videogörüntülərlə təqdim edəcəyini bildirib.

// Aktual.az

Xəbər 6490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR