Təhsil Nazirliyi adi "seks qalmaqalında" hallanan direktorun işdən çıxarılması haqqında yayılan məlumatlara aydınlıq gətirib.
Aktual.az xəbər verir k, nazirliyin nümayəndəsi Kənan İbrahimov azvision.az-a bildirib ki, direktorun işdən çıxarılması haqda rəsmi qərar verilməyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin əməkdaşı Ceyhun Mirzə, Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Azər Əliyev, Yavər Kərimov Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparırlar.
"Yekun nəticə yoxdur. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə geniş məlumat veriləcək".
Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.
Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə cavabında həmin xanımın seks videosu olduğu üçün işdən uzaqlaşdırıldığını bildirib.
Aktual.az
Xəbər 432 dəfə oxunub.