Məşhur müğənni Adel Brüsseldə teraktlarda həlak olanlara mahnı həsr edib. Londondakı konsertdə o, Bob Dilanın "Make You Feel My Love" mahnısını ifa edib.
Aktual.az Milli.Az-a istinadən bildirir ki, Rolling Stone jurnalının yazdığına görə, tamaşaçılar zalı alışqanlarla işıqlandırıblar.
"Əvvəlki şoularımın hansındasa belə təsirləndiyim yadıma gəlmir, bu, çox gözəl idi", - Adel deyib.
Müğənni həmçinin tamaşaçılara təşəkkür edib: "Fikirləşirəm ki, onlar (Brüsseldəkilər - red.) bizi eşitdilər".