Ağdaş rayonunda ölüm və xəsarətlənəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mürsəl kəndiyaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb.
Xəbər 692 dəfə oxunub.