Ağdaşda şöbə rəisinin qətlinin TƏFƏRRÜATLARI

Ağdaşda şöbə rəisinin qətlinin TƏFƏRRÜATLARI

Dekabrın 28-də Ağdaş rayonundakı "Dəhnə” kafesində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.

Trend-in məlumatına görə, Ağdaş şəhər sakini, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu həmin rayon yaşayan qadınla qeyri-rəsmi münasibətdə olub. Qadının qohumu olan Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu bu məsələdən xəbər tutub və E.Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə P.İsmayılov qanunsuz yolla "Makarov" tipli tapança əldə edib və E.Babayevi kafeyə dəvət edib. Kafedə P.İsmayılovla E.Babayev arasında mübahisə yaranıb və nəticədə P.İsmayılov tapançadan 3 dəfə atəş açaraq E.Babayevi qətlə yetirib və hadisə yerindən qaçıb.

Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən P.İsmayılov saxlanılıb, ondan qətldə istifadə etdiyi "Makarov" tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 2109 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR