“Rəhbərlik deyib ki, yanacağa qənaət edin” .
Ölkə.az-ın əməkdaşı Ağdaş rayonunda fəhlələrə qarşı qeyri-insani münasibətin şahidi olub.
Belə ki, rayon mərkəzinin təmizliyinə məsul işçilərin öz işlərini görməyi azmış kimi, onlara traktor qoşqusu da qoşulur.
Videodan da aydın görünür ki, yaxınlıqda traktor ola-ola qoşqunu fəhlələr dartırlar. Adlarının açıqlanmasını istəməyən fəhlələr bildiriblər ki, bu "yeniliyi" yanacağa qənaət etmək üçün ediblər:
"Rəhbərlik deyib ki, yanacağa qənaət edin. Ona görə qoşqunu özümüz dartırıq".
// Aktual.az