Ukrayna Təhlükəsizlik Xidməti Odessada martın 12-nə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən iki şəxsin saxlanılması barədə məlumat yayıb. APA-nın məlumatına görə, bu barədə qurumun rəsmi saytında dərc edilmiş məlumatda bildirilir.
“Saxlanılan şəxslərin üzərindən 3 kq trotil ekvivalentində olan əldə düzəlmə partlayıcı qurğu aşkarlanaraq götürülüb. Onlar partlayıcı qurğunu növbəti terror aktının həyata keçirilməsi üçün istifadə etmək niyyətində olublar”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Odessanın Admiralski prospektində martın 12-nə keçən gecə partlayış törədilib, xəsarət alan olmayıb.(APA)