Türkiyənin Adana şəhərində polis İŞİD terror qruplaşmasının üzvlərinin tutulması üzrə əməliyyat aparıb.
Aktual.az report-a istinadən bildirir ki, əməliyyat zamanı İŞİD ilə əlaqəsi olmaqda şübhəli bilinən 20 nəfər saxlanılıb.
Saxlanılanlardan elektron məlumat daşıyıcıları, kompüterlər və İŞİD ilə bağlı digər materiallar müsadirə edilib.