Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Aktual.az xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər, o cümlədən Ağdam rayonundan – 16 ailə (65 nəfər), Bakı şəhərindən – 9 ailə (38 nəfər), Abşeron rayonundan – 9 ailə (41 nəfər), Ağcabədi rayonundan – 3 ailə (12 nəfər), Bərdə rayonundan – 3 ailə (9 nəfər), Mingəçevir şəhərindən – 2 ailə (7 nəfər) və Yevlax şəhərindən – 1 ailə (4 nəfər) köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Beləliklə, 17.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 277 ailə (1176 nəfər) köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Xəbər 145 dəfə oxunub.